Naxçıvan şəhərində veloyürüş keçiriləcək

COP29 və "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar olaraq Naxçıvanda veloyürüş təşkil olunacaq. Mədəni-kütləvi idman aksiyasına 14 yaşdan yuxarı hər kəs öz velosipedi ilə birgə qoşula bilər. İştirakçılar "Saat Meydanı" İstirahət Mərkəzindən başlayaraq təyin olunmuş marşrut üzrə 8000 metr məsafə qət edib, adıçəkilən məkana qayıdacaqlar. Aksiyanın sentyabrın 7-si saat 09:00-da başlanılması nəzərdə tutulub.